Bu gün Bakının Nərimanov rayonundakı mənzillərdən birində 4 kişinin meyiti tapılıb, Daxili İşlər Nazirliyi bildirib.
Belə ki, ev sahibi qapını açan olmadığını görüncə polisə məlumat verib.
Hadisə yerinə gələn polis əməkdaşları qapını açıblar və içəridə 4 nəfərin cəsədini görüblər. Onların üzərində zorakılıq əlamətləri olmayıb.
İlkin məlumatla görə, onlar ya dəm qazından, ya da qida zəhərlənməsindən ölüblər. Faktla bağlı araşdırma aparılır.