2022-ci ilin yanvar-dekabr aylarında Türkiyənin müdafiə sanayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36,9 faiz artaraq 4,4 milyard dollara bərabər olub.
Bu barədə “TurkicWorld”a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin dekabr ayında Türkiyə 647,5 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 49,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2021-dekabr 2022) Türkiyə 4,4 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.