Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan şəhərində hərbi-siyasi proseslərlə bağlı məqalə beynəlxalq jurnalda dərc olunub

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru, gənc tədqiqatçı Arzu Abdullayevin “Naxçıvan şəhərində hərbi-siyasi proseslər (XVIII əsrin sonu – XIX əsrin əvvəlləri)” məqaləsi beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan Meksikanın “Revista Dilemas Contemporaneos: Educacion, Politica y Valores” jurnalında dərc olunub. Məqalə jurnalın 2023-cü ildə nəşr olunmuş ilk sayında işıq üzü görüb.

İngilis dilində dərc olunan məqalədə XVIII əsrin sonu XIX əsrdə Naxçıvan şəhərində siyasi vəziyyət, müharibələrin baş vermə səbəbləri, onların nəticələri araşdırılıb. Məqalədə o dövrə aid mənbələrə, eləcə də arxiv sənədlərə geniş yer verən tədqiqatçı Naxçıvan şəhərinin hərbi-siyasi proseslərin əsas mərkəzi olduğu qənaətinə gələrək xarici dövlətlərin bu əraziyə olan maraqlarını da tədqiq edib.

admin

Related Posts