Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Leyla Quliyeva: “O arzunun axırı uçurumdur…”

“Ola bilər ki, bu il arzusunda olduğunuz nələrisə reallaşdıra bilmədiniz. Alınmadı, düzəlmədi… Ya da ki, belə məsləhət oldu. Biz axı bilmirik arzularımız bizi hara apara bilər. Bəlkə elə o arzu həyata keçsə, axırı uçurumdur? Hər halda yuxarıdan xəritə həmişə daha yaxşı görünür”.

Bu sözləri aparıcı Leyla Quliyeva bildirib. Arzularından bəhs edən aparıcı sözlərinə belə davam edib:

“Alınanlara görə şükür edəndə, alınmayanlara görə də edək gərək. Şəxsən mən 2022-yə minnətdaram! Və geriyə baxıb hadisələri yada salıb bu ili oynaya-oynaya yola salmaq istədim. Yeni ilə, yeni günlərə tam döyüş hazırlığı ilə gedirəm! Hamınıza da sağlamlıq, xoşbəxtlik, maddi və mənəvi məmnuniyyət, bir də sevgi arzu edirəm”.

admin

Related Posts