Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan bu gün 5 erməni hərbçini təhvil verib – YENİLƏNİB

Azərbaycan bu gün 5 erməni hərbçini təhvil verib – YENİLƏNİB

Azərbaycan 5 erməni hərbçisini qarşı tərəfə təhvil verib. Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də aşağıda adları qeyd olunan 5 nəfər Ermənistan hərbçisini azad etmiş və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil vermişdir:

Aqramanyan Martin Muşeqoviç – 23.05.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

Gevorkyan Aşot Artakoviç – 30.06.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

Qriqoryan Feliks Arşakoviç – 23.12.1996-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

Manukyan Varazdat Amuşavan – 07.07.1990-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

Hovsepyan Edik Tiqrani – 02.08.1999-cu il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı.

***

Azərbaycan bu gün daha 5 erməni hərbçisini Ermənistana təhvil verəcək.

Təhvil-təslim Ermənistanla sərhəd məntəqələrinin birində baş tutacaq.

Qeyd edək ki, az öncə Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş zamanı əsir düşən erməni hərbçilərin geri qaytarılması ilə bağlı məsələ də müzakirə edilmişdi.

Editor

Related Posts