Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sevda Əliqızı:”Həkim səhlənkarlığının qurbanı oldum, 6 ay danışa bimədim”

“2002-2003-cü illərdə səsim batdı. Həkimə getdim və o mənim səs tellərimi daha bərbad günə qoydu. Boğazımda polip var idi. Altı ay danışa bilmədim. Polipləri kəsdilər, başa salmaq üçün ancaq yazırdım. Həkim səhlənkarlığının qurbanı oldum. İkinci həkimi tapmasaydım, səsim tamamilə batardı, oxuya bilməzdim”.

Birinci 24 bildirir ki, bu sözləri müğənni Sevda Əliqızı “ATV səhər”ə müsahibəsində deyib. Sənətçi həmin ərəfədə mərhum Xalq artisti Səməd Səmədovun ona dəstək olduğunu bildirib:

“Allah Səmədə rəhmət eləsin. Mənə dedi ki, darıxma. Toya gələcəkəsən, bir-iki fonoqram oxuyarsan. Canlı ifa edə bilmirdim. Məni evdə oturtmadı, çörəksiz qoymadı. Evdə depressiyaya düşərdim”.

admin

Related Posts