Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Bu cür vəhşilik olar?” – Aygün Kazımova əsəbləşdi

“Bu fotonu izləyicilərim instaqramda mənə göndərib. Görəndə, nə deyəcəyimi bilmədim. Baxmağa belə insanın ürəyi gəlmir. Bunu edənlər hansı ürəyə sahibdirlər? Bu cür vəhşilik olarmı?”.

Bu sözləri Xalq artisti Aygün Kazımova instaqram hesabında yazıb. İşgəncə verilən pişiyin fotosunu paylaşan müğənni bunları əlavə edib:

“Bir heyvandan insan nə istəyə bilər axı? O da bir canlıdır. Özü də dili, ağzı olmayan bir canlı. Bu cür hal ilk deyil. Bundan əvvəl də dəfələrlə heyvanlara işgəncə verilən görüntülər yayıldı. Bu, canilikdir. Heyvana işgəncə vermək olmaz. İnanıram ki, lazımi qurumlar bu məsələni araşdırıb, səbəbkarları cəzalandıracaqlar. Gəlin, mərhəmətimizi itirməyək”.

admin

Related Posts