Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Prezidentdən öz ad günündə Aygün Bəylərə təsirli jest

Prezident Aygün Bəylərə ev hədiyyə edib.

Məsələ burasındadır ki, Aygün Bəylər bir neçə il öncə öz solo konsertini təşkil etmək üçün evini girov qoymuşdu. Lakin konsert “Günəşli” yatağında baş verən faciə ilə üst-üstə düşdüyündən bu, baş tutmamışdı. Nəticədə Aygün Bəylər həmin məbləği itirmişdi.

Aygün Bəylər ev probleminin həlli üçün Heydər Əliyev Fonduna müraciət edib. İfaçının müraciəti müsbət qarşılanıb. Bu xəbəri ona verilişdə aparıcı Leyla Quliyeva çatdırıb.

“Bu gözəl gündə Heydər Əliyev Fondu və cənab Prezident sizi təbrik edir. Ev sizindir” – aparıcı deyib.

Bunu eşidən Aygün Bəylər göz yaşlarını saxlaya bilməyib. Aygün Bəylər Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

admin

Related Posts