Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Səmra Rəhimli: “Ağlıma gəlməzdi ki, ölüm xəbərini eşidəcəm”

Müğənni Səmra Rəhimli dünyasını dəyişən Kənan adlı pərəstişkarının videosunu paylaşaraq onunla bağlı fikirlərini bildirib.

Sənətçi məyusluğunu dilə gətirərərək belə qeyd edib:

“Kənanın videosunu paylaşanda ağlıma gəlməzdi ki, bir neçə gün sonra ölüm xəbərini eşidəcəm…

Daha bir pozitiv, həyat dolu gənci itirdik… Allah rəhmət etsin. Gələcəyi görə bilsəydim, mənimlə tanış olmaq arzunu reallaşdırardım… Bir saniyə sonra nə baş verəcək bilmirik. Bu dünyada əbədiymişik kimi yaşayırıq, amma unuduruq ki, hər saniyəsinin öz hökmü var. Özümüzün və yaxınlarımızın qədrini bilək”.

admin

Related Posts