
Müğənni Sevda Yahyayeva ana olub.
Müğənninin qız övladı dünyaya gəlib.
Bununla bağlı o, “İnstagram” hesabında paylaşım edib.
“Gözəl qadınlar, xanımlar, gəlinlər, kim gecə-gündüz ana olmaq üçün vuruşursa, həqiqətən buna dəyər. Ana olmaq gözəl bir hisdir. Xoşbəxt olduğum ən gözəl günlərdən belə milyon dəfə gözəldir. Ana olmaq arzusunda olan bütün qadınlarımız üçün “Amin” deyirəm.
Ayla 3 kq çəkidə, 52 sm boyda dünyamıza gəldi və dünyamızı gözəlləşdirdi”- deyə ifaçı bildirib.
Xatırladaq ki, müğənni keçən il həkim-genetik Zakir Bayramovla ailə həyatı qurub.
Müğənninin övladı ilə fotosunu təqdim edirik:
