
Şahbuz rayonunda “Azərbaycan Respublikasında informasiya sahəsində hüquq və azadlıqların təmin edilməsi” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Şahbuz Rayon İcra Hakimiyyətinin hüquq-mühafizə orqanlarının və informasiya sahibi olan digər dövlət orqanlarının əməkdaşları, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənlər ölkəmizdə informasiya əldə etmək hüququnun təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər barədə danışıblar.
Tədbirdə “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – məhkəmədənkənar müdafiə mexanizmi kimi” və “İnformasiya əldə etmək hüququnun təmin edilməsi” mövzularında çıxışlar dinlənilib.
Tədbirdə mövzular ətrafında fikir mübadiləsi aparılıb.