
“Cinemazadeh” film şirkəti Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.
“Cinemzadeh”in qaldırdığı iddiaya əsasən, aktyor film çəkilişləri ilə bağladığı müqavilənin öhdəliklərini yerinə yetirməyib.
Qeyd edək ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, məhkəmənin ilkin hazırlıq iclası yanvarın 11-də keçirilib. Növbəti iclas isə bu ayın 27-də baş tutacaq.