Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Məktəblilərin dram müsabiqəsi keçirilib – FOTOLAR

Məktəblilərin dram müsabiqəsinin muxtar respublika mərhələsi keçirilib.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, müsabiqə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilib. Məqsəd Azərbaycan və dünya xalqlarının şifahi xalq ədəbiyyatının, klassik və müasir ədəbiyyatın təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması, müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunmasıdır.

Ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin iştirakı ilə keçirilən müsabiqədə iştirakçılar əvvəlcədən müəyyənləşdirilən mövzulardan biri üzrə 5 dəqiqədən az, 15 dəqiqədən artıq olmamaqla tamaşalarını təqdim ediblər.

Təqdim olunan ifalar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə zamanı aktyor sənətinin əsasını təşkil edən hadisələrə münasibət, geyim, aktyor oyunu və obrazlı ifası, səhnə danışığına riayət edilməsi, səhnə və musiqi tərtibatı kimi meyarlar əsas götürülüb.

Qaliblər Təhsil və Mədəniyyət nazirlikləri tərəfindən fevral ayında mükafatlandırılacaqlar.

admin

Related Posts