Azərbaycan Respublikasının keçmiş iqtisadiyyat naziri, Hesablama Palatasının ilk sədri Namiq Nəsrullayev dünyasını dəyişib.
O, 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, N. Nəsrullayev 1945-ci ildə Bakı şəhərində anadan olub.
O, 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.
1996-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışıb.
2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib, 2007-ci ilin aprel ayında səhhəti ilə əlaqədar öz xahişi ilə həmin vəzifədən azad edilib.