Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Cəmil Məmmədliyə cinayət işi açıldı – DİN

Cəmil Məmmədliyə cinayət işi açıldı – DİN

Jurnalist Cəmil Məmmədliyə cinayət işi açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun  baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib.

“Məmmədli Cəmil Qiyas oğlu 15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib. Cəmil Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri aparılır. O saxlanılmayıb”, – X.Talıbov deyib.

Editor

Related Posts