Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kiyevdə helikopter qəzası: Daxili işlər naziri öldü

Kiyevdə helikopter qəzası: Daxili işlər naziri öldü

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində uşaq bağçasının yaxınlığında helikopter qəzaya uğrayıb, yanğın başlayıb.

Kiyev vilayəti polisinin məlumatına əsasən, helikopter uşaq bağçasının yaxınlığında qəzaya uğrayıb.

Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko helikopterin Fövqəladə Hallar Nazirliyinə məxsus olduğunu bildirib.

“Bu gün səhər, yanvarın 18-də Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri Brovarıda qəzaya uğrayıb. Qəza nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi həlak olub: nazir, nazirin birinci müavini və dövlət katibi. Ümumilikdə 2-si uşaq olmaqla 16 nəfərin öldüyü məlumdur. Onlardan 9-u helikopterin göyərtəsində olub. 10-u uşaq olmaqla 22 yaralı xəstəxanadadır. Bütün ixtisaslaşmış və xüsusi xidmətlər ərazidə işləyir. Hadisə yerinə baxış davam edir”, – İ. Klimenko bildirib.

Editor

Related Posts