Hüseynin aktrisa xanımı “Səs Azərbaycan” yarışmasına qatıldı

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun xanımı, Akademik Milli Dram Teatrının aktrisası Aysel İbrahimova “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinə qatılıb.

Sözügedən yarışmanın bu günki buraxılışında Aysel “Gözümdə Leylisən” adlı mahnını səsləndirib.

Avazı və güclü vokalı ilə hər üç münsifi özünə sarı döndürməyi bacaran İbrahimova Samirə Əliyevanın komandasında olmağı seçib.

Qeyd edək ki, Aysel və Hüseyn cütlüyünün bu evlilikdən Muhammed adlı bir oğlan övladı var.

admin

Related Posts