Bu gün Daxili İşlər Nazirliyində daxili işlər orqanlarının 2022-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Kollegiya iclasında nazirliyin struktur qurumlarının, ərazi polis orqanlarının rəisləri ilə yanaşı Naxçıvan Muxtar Respublikasının yeni təyin olunmuş daxili işlər naziri, polis polkovniki Süleyman Nemətov da hesabat məruzəsi ilə çıxış edib.
Qeyd edək ki, S.Nemətov ötən il dekabrın 28-də Naxçıvana təyin edilib.
