
Müğənni Türkan Vəlizadə müzakirəyə səbəb olan “FaceApp”lı fotosuna aydınlıq gətirib.
“Siz “FaceApp” edən müğənnilər görməmisiz. Biz şəkillərimizə çox effekt vermirik, nə var, oyuq. Elə sənətkarlarımız var ki, onlara “FaceApp” yaraşmır, o qədər etməsinlər. Ayıbdır… Mən fotoşopun ən axırıncısını edirəm”, – deyə, Vəlizadə qeyd edib.
İfaçı açıqlamasında estetik əməliyyat etdirənləri də yıxıb-sürüyüb:
“Vallah bu dəqiqə elə bərbad əməliyyat etdirən məşhurlarımız var ki… Dəhşətlidirlər. İnsan güzgünün qarşısına keçib özünə baxar ki, mən nəyə oxşayıram, bu nə üzdür?”.