Goranboy rayonunun Boluslu kəndində yüksək təyziq nəticəsində bəzi evlərdə qaz sızması olub.
Sakinlər bildiriblər ki, bəzi evlərdə yanma təhlükəsi də yaşanıb.
Hazırda qazın verilişi dayandırılıb.
Goranboy qaz idarəsindən bildirilib ki, qazın verilişi ümumi rejimlə verilib, araşdırma aparılacaq.
Qeyd edək ki, Boluslu kəndində 1500 sakin yaşayır.