Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Culfada yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Culfa şəhərinin giriş hissəsində qeydə alınıb.

“Mitsubishi” markalı 72-BB-966 dövlət nömrə nişanlı avtomobil ötmə əməliyyatını yanlış yerinə yetirdiyi üçün qəza törədib. Nəqliyyat vasitəsi Naxçıvan şəhəri istiqamətində hərəkət edən 68-BX-144 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə “Ravon” markalı avtomobil dərəyə yuvarlanıb.

Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb. Yüngül xəsarətlər alan “Mitsubishi”nin sürücüsü Əsgərli İbrahim Fəxri oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

admin

Related Posts