Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan MR Ədliyyə Nazirliyi işə qəbulla bağlı vakansiya elan edir

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində qulluğa qəbul olmaq istəyən namizədlər müvafiq olaraq tam orta, orta ixtisas və ya ali təhsilə malik olmalıdır. Qulluğa yaşı 20-dən aşağı olmayan 30 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları qəbul edilir.

Müsabiqədə vakant terapevt, stomotoloq, ginekoloq, dermatoveneroloq, ultrasəslə müayinə, norkoloq, psixiatr vəzifələri üzrə həkim mütəxəssislər, həmçinin kiçik və orta rəis heyəti vəzifələri üçün qadın namizədlər iştirak edə bilərlər.

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

Həmçinin tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə işləməyə qadir olmayan, qanunla müəyyən edilmiş həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar, məhkəmə, prokurorluq, ədliyyə digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər işə qəbul edilmirlər.

Sənəd qəbulu Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1 ünvanında yerləşən Ədliyyə Nazirliyinin inzibati binasında fevralın 1-dən apreal ayının 1-dək nəzərdə tutulub.

Əlaqə nömrəsi: (036) 545-00-69

admin

Related Posts