
Şahbuz rayonunda narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilib.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə Babək rayonu Məzrə kənd sakini 1984-cü il təvəllüdlü Vidadi İbrahimov saxlanılıb. Onun üzərindən 5,137 qram olan metamfetamin aşkar edilərək götürülüb.
Psixotrop maddənin hansı mənbədən əldə etməsi istiqamətində tədbirlər davam etdirilir.