Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Suriyada ölənlərin sayı 427-ə çatdı – Yenilənib

Suriyada ölənlərin sayı 427-ə çatdı – Yenilənib

Zəlzələ nəticəsində Suriyada ölənlərin sayı 427-ə çatıb.

Birinci 24 “euronews”ə istinadla xəbər verir ki, yüzlərlə yaralının olduğu bildirilir.

Qeyd olunur ki, zəlzələ Suriyanın İdlib, Hələb, Həma, Latakiya, Tartus və Rakka əyalətlərində güclü hiss olunub və böyük dağıntılara səbəb olub.

***10:35
Türkiyədəki zəlzələnin Suriyadakı təsirləri nəticəsində ölənlərin sayı 230-a çatıb.

Bu barədə Suriyanın rəsmi mətbuat orqanları məlumat yayıb.

Bildirilib ki, zəlzələ 600 nəfərin yaralanmasına səbəb olub.

Zəlzələnin Suriyanın paytaxtı Dəməşqdə də şiddətli şəkildə hiss olunduğu bildirilir.

Yeraltı təkanların Livan, Misir, İraq, İrail və Kiprdə də hiss olunduğu yayılan xəbərlər arasındadır.

***10:07
Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Suriyada da hiss olunub.

İlkin məlumata görə, hadisə nəticəsində 100 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.

Editor

Related Posts