Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Naxçıvanbank”da daha bir dəyişiklik – Səhmdarların sayı azaldı

“Naxçıvanbank”da daha bir dəyişiklik – Səhmdarların sayı azaldı

“Naxçıvanbank” ASC-nin səhmdarlarının sayı azalıb.

Bu barədə bank məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl “Naxçıvanbank” ASC-nin 4 səhmdarı olub. Səhmdarlarının hamısı fiziki şəxslərdir.
Onu da bildirək ki, “Naxçıvanbank” ASC uzun illərdir səhmdarların kim olduğunu açıqlamır.

Bildiyimiz kimi, Mərkəzi Bankın qəbul etdiyi “Azərbaycan Respublikasının Bank sistemində maliyyə hesabatlarının tərtib və təqdim olunması” Qaydalarına uyğun olaraq ölkədə fəaliyyət göstərən banklar hər il maliyyə hesbatı təqdim etməlidir.

Lakin, “Naxçıvanbank” ASC-nin maliyyə hesabatları natamam təqdim olunub. Bank səhmdarların adının yazıldığı səhifəni ictimaiyyətdən gizli saxlayıb.

Hazırda “Naxçıvanbank” ASC səhmdarlarının kimliyini gizli saxlayan yeganə bank hesab olunur.
Məlumat üçün bildirək ki, “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının 3 üzvündən biri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu yaxınlarda istefa verən sədri Vasif Talıbovun qızı Baharxanım Talıbov olub. Bir müddət əvvəl Baharxanım Talıbova tutduğu vəzifədən azad olunub.

Editor

Related Posts