Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Böyrəkləri müalicəni qəbul etmirdi” – Nazpəri

“Yaxşı deyildi, apardım xəstəxanaya. İki həftəyə yaxındır ki, xəstəxanada idi. Həkimlər çox çalışdılar, amma gec idi. Mən də bilirdim ki, çox gecdir”.

Birinci 24 xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva media nümayəndələrinə açıqlamasında deyib. Ötən gecə dünyasını dəyişən bacısı Zeynəb Dostəliyevadan danışan Nazpəri onun durumunun ağır olduğunu söyləyib:

“Ötən gün həkimlər zəng vurdu ki, böyrəkləri fəaliyyətini dayandırıb. Səhər saat 08:00 radələrində həkimlər dedilər ki, böyrəkləri dərmanları qəbul etmir. Bacardığım qədər yardım etməyə çalışdım”.

Qeyd edək ki, Z.Dostəliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi. O, ötən gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

admin

Related Posts