Naxçıvanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək müzakirə edilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün feysbuk hesabında yazıb.
O vurğulayıb ki, həmkarları ilə birlikdə tarixi diyarımız olan Naxçıvanda səfərdədirlər:
“Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə regionun iqtisadi potensialı, biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək barədə fikirlərimizi bölüşdük”.
