Türkiyədə baş vermiş güclü zəlzələ deputatın ailəsini məhv edib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Ədalət və İnkişaf Partiyasının Adıyamandan seçilmiş deputatı Yakup Taşla yanaşı, onun həyat yoldaşı, nəvələri və yaxın qohumları da daxil olmaqda 20 nəfər təbii fəlakətin qurbanı olub.
Onların meyitləri dağıntılar altından çıxarılaraq təhvil verilib.
Qeyd edək ki, Y.Taş 1959-cu ildə anadan olub. Mərhum evli idi, 6 övladı var.