Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Çin Baydeni diplomatik etiketi pozmaqda ittiham edir

Çin Baydeni diplomatik etiketi pozmaqda ittiham edir

Pekin ABŞ prezidenti Cozef Baydenin Çin və Çin lideri Si Cinpin haqqında dediklərini diplomatik etiketin əsas normalarının pozulmasından başqa bir şey hesab etmir.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq fevralın 9-da keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, söhbət Baydenin Amerikanın PBS teleşirkətinə müsahibəsində verdiyi açıqlamalardan gedir.

Xatırladaq ki, Ağ Evin rəhbəri, ötən ilin yayında telefon danışığı zamanı o, Pekinin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına dəstək verəcəyi təqdirdə Çinə Qərb investisiyalarının dayandırılmasının mümkünlüyü barədə xəbərdarlıq edib.

Baydenin dediyinə görə, həmən xəbərdarlığı o, hazırda böyük problemləri olan Si Cinpinə bildirib.

Bunları əsas tutan Çin tərəfinin fikrincə, Vaşinqtonun bu cür bəyanatları son dərəcə məsuliyyətsizlikdir.

Yeri gəlmişkən, Çin bununla bağlı ciddi narazılığını və kəskin etirazını artıq bildirib.

Onu da xatırladaq ki, ABŞ Çin şarını vurmaqla Pekinlə vəziyyəti gərginləşdirməyə baxmayaraq, amma bu ölkə ilə əlaqə kanallarını bağlamaq fikrində olmadığını bildirib.

Editor

Related Posts