Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Dağıntı üstümüzə yağdı” – Afaq Bəşirqızı

“Artıq xalqım, millətim neçə gündür ki, nə gecə, nə gündüz bilir. Qardaşını, xalqı fikirləşir. Bilmir, nə etsin, necə etsin ki, təki Türkiyəni sakitləşdirsin, dərdini azacıq da olsa, unutdursun. Əl tutur, özü gedir, yerin dərinliyindən xilas edir. Hər bir cansızın canımızdan can apardı, Türkiyəm, hər bir dağıntın üstümüzə yağdı, amma möhkəmik, möhkəm olacağıq”.

Birinci 24 xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı sosial şəbəkə hesabında yazıb. Türkiyədə baş verən zəlzələdən bəhs edən aktrisa sözlərinə belə davam edib:

“Bu yəqin ki, iki dövlət bir millətin Allah tərəfindən sınağıdır. Sənə möhkəmlik arzulayıram. Xalqım həmişə səninlədir. Xalqıma qurban olum, necə böyük xalqdır. Allah bu çətinlikdən bizi tezliklə qurtarsın. Azərbaycan səninlədir, Türkiyə! Azərbaycan səninlə fəxr edir, Türkiyə! Allah bir də belə sınağı göstərməsin. Amin…”.

admin

Related Posts