Today Çərşənbə axşamı, 15th Oktyabr 2024
Birinci 24

Birinci 24

Afaq Gəncəli 13 kiloqram arıqlayıb

“Olacaq. Bəlkə də o vaxt olacaq ki, deyəcəksiniz niyə belə bir vaxtda? Elə olacaq ki, aradakı məsafəyə, zamana dəyəcək. Gözləməyə dəyəcək”.

Birinci 24 xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında aparıcı Afaq Gəncəli deyib. O, yeni formatda yayımlanacağı deyilən “Şourum” verilişinin niyə gecikdiyinə belə aydınlıq gətirib:

“Şəxsən özüm uzadıram. Çünki bənzərlik, bütün bunlardan artıq özüm bezmişəm və fərqlilik istəyirəm. “Ağ-qara”nın o qədər ağını çıxarıblar ki, o qədər təkrarları olub ki, hətta eynisi də, artıq özüm ondan bezmişəm. Bir şeyi edirsənsə, gərək insanın öz zəhməti, beyninin məhsulu olsun”.

O, yeni layihəsindən də söz açıb:

“Yeni layihəmlə bağlı dəyişiklik olacaq. 13 kiloqram arıqlamışam. Elə bununla əlaqədardır. İmicimdə də dəyişiklik ediləcək. “Axşam şou”suna gəldikdə isə ola bilər o da olsun. Əsas odur özümüz olaq, kimisə təkrarlamayaq”.

admin

Related Posts