Today Çərşənbə axşamı, 15th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Müğənnilərə “şuba”sına görə qiymət verirlər”-Elza Seyidcahan

“Hazırda şou-biznesdə təsadüfi insanlar var. Onlarin musiqimizə heç bir adiyyatı yoxdur. Onları “Dəli kür” filmindəki kimi “Ya heştər” adlandırıram. Nə oxuduqları musiqilərin xətti, nə də ki, Azərbaycan musiqisinə adiyyatı var”.

Birinci 24 bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.

Sənətçi bildirib ki, hazırda musiqili aləmi acınacaqlı günlərini yaşayır:

“Pafos kimi çıxmasın, Azərbaycan musiqisi haqqında bilən də danışır, bilməyən də. Çox acınacaqlı bir vəziyyət yaranıb. Bu dəqiqə müğənniləri insanlar savadına, sənətinə görə deyil, bahalı villası, avtomobili, “şuba”sı (xəz kürk- red.) ilə qiymət verirlər. Sənətə baxmırlar”.

admin

Related Posts