Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan Ordusunun hərbçisi qar uçqununa düşərək həlak olub

Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Savalan Hüseynov qar uçqununa düşərək həlak olub.

Birinci 24 xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumatı təsdiqləyib.

“Fevralın 8-i saat 17:00 radələrində xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlunun qar uçqununa düşərək vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır”, – məlumatda bildirilib.

Qeyd edək ki, S.Hüseynov Gədəbəy rayonunun Qalakənd kənd sakinidir.

admin

Related Posts