Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Anar Mədətovun həyat yoldaşı: “Tapşırıqlarınızı yerinə yetirəcəm”

Tanınmış prodüser Anar Mədətovun stilist həyat yoldaşı Samirə Abbasova ötən gün vəfat edən qaynanası Mahirə Mədətovanın ölümündən yazıb.

Birinci 24 bildirir ki, Samirə Abbasova İnstaqramda bu sözləri deyib:

“Gözəl anamız Allah sizə rəhmət eləsin. Heç kəsə əziyyət verməyən insan hətta ölümü belə rahat oldu. Məkanınız cənnətlik olsun. Mahirə xanım, rahat yatın, sizdən yer-göy qədər razı idim. İnşallah siz də məndən razı getdiniz. Sizə söz verdiyim kimi bütün tapşırıqlarınızı yerinə yetirəcəm, əmanətinizi gözüm kimi qoruyacam. Gözəl ana gözünüz arxada qalmasın”.

Qeyd edək ki, Anar Mədətov prodüser Elnurə Mədətova ilə evli olub.

admin

Related Posts