Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Təbiət qarşısında aciz olduğumuzu dərk etdim”-Günay İbrahimli

“Təbiət qarşısında aciz olduğumuzu dərk etdim”-Günay İbrahimli

“Bu gün 32 yaşım tamam oldu. İllər və hadisələr bizi sürətlə dəyişir. Ətrafımızda baş verən hadisələr fərqində olmadan üzərimizdə təsir buraxır”.

Birinci24 xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkədə yazıb. O, Türkiyədəki dəhşətli zəlzələnin qurbanlarına görə doğum gününü qeyd etməyəcəyini bildirib:

“Normalda doğum günümü sevdiyim insanların, dostların, doğmaların əhatəsində qeyd etməyi sevirəm. Amma qardaş ölkə Türkiyədə baş verən faciəvi hadisədən sonra vicdanım buna əl vermir. Minlərlə insan həlak olub, minlərlə insan dağıntı altında xilas olunmağı gözləyirlər. Minlərlə insan evsiz, yuvasız qalıblar. Milyonlarla insan səfərbər olublar. Baş verən hadisələr məni yaşımdan daha çox böyütdü. Dünya, təbiət qarşısında necə aciz, zəif olduğumuzu daha dərindən dərk etdim. Amma üzərində qürurla, ədayla gəzirik, sanki biz var idik, dünya bizim üzərimizə yaranmış kimi. Diqqət göstərən, təbrik edən bütün hər kəsə təşəkkürümü bildirirəm. Çox sağ olun”.

admin

Related Posts