Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bu ölkə Rusiyanı “terrorçu dövlət” kimi tanıdı

Bu ölkə Rusiyanı “terrorçu dövlət” kimi tanıdı

Slovakiya parlamenti Rusiyanın Ukraynada apardığı müharibəni pisləyib.

Birinci 24 xəbər verir ki, bu barədə Slovakiya parlamentinin saytında məlumat verilib.

Bildirilib ki, deputatlar Rusiya siyasi rejiminin terrorçu, Rusiyanın isə terrorçuluğu dəstəkləyən dövlət kimi tanınması barədə qərar qəbul ediblər.

İclas zamanı deputatlar həmçinin vurğulayıblar ki, onlar Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya qoşulmasını tanımırlar. Parlament Ukraynada Rusiyanın “cinayətləri” üzrə xüsusi tribunalın yaradılmasını dəstəkləyib.

Deputatlar hesab edirlər ki, Rusiya Slovakiya ərazisində “hibrid müharibəsi” aparır. Bununla bağlı parlament hüquq-mühafizə orqanlarını “Slovakiyada təhlükəsizliyin və demokratiyanın qorunması üçün” tədbirlər görməyə çağırıb.

Editor

Related Posts