Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm”: tarixçi alim Altay Göyüşov

“Mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm”: tarixçi alim Altay Göyüşov

Tarixçi alim Altay Göyüşov: “Belə baxıram ki, Əliyev Azərbaycanı dünyaya təcavüzkar dövlət kimi qəbul etdirməsə, əl çəkən deyil.

Bundan isə təkcə o yox, hamımız ziyan görəcəyik. Necə ki, Putinin təcavüzkarlığından bu gün bütün Rusiya vətəndaşları ziyan görür.

Amma ziyan görsək də, bu haqqına olacaq. Çünki Əliyevin Zəngəzur, İrəvan tipli irridentizminə cəmiyyət onun özündən daha çox inanır, dəstəkləyir.

Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm.

Mənim görüşümə lazım olan əlavə torpaq, ərazi, yekəlmək istəklərini kənara ataraq elə indiki oturduğumuz yerlərdə ədalətli sistem quraraq ləyaqətlə yaşamağımızdır. Tərəqinin də yolu budur. Çoxluq belə düşünməsə, nə özü, nə uşaqları bir gün görəcək”.

Editor

Related Posts