Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İşğaldan azad olunan ərazilərə nə vaxt sərbəst gedib-gələcəyik? – Açıqlama

İşğaldan azad olunan ərazilərə nə vaxt sərbəst gedib-gələcəyik? – Açıqlama

Artıq 3-cü ildir ki, ərazilər işğaldan azad olunub, lakin hələ də azad olunan ərazilərə gedib-gəlməkdə məhdudiyyət var. Bu məhdudiyyət nə vaxt götürülə bilər, gediş gəliş nə vaxt sərbəst olacaq?

Mövzu ilə bağlı millət vəkili, Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü Fazil Mustafa deyir ki, azad olunmuş ərazilərdə mina təmizləmə işləri aparılır.

Onun sözlərinə görə, təsadüfi qəzaların qarşısının alınması məqsədilə müəyyən məhdudiyyətlər hələ ki, tətbiq olunur:

“İşğaldan azad olunmuş ərazilərdə hazırda bərpa işləri gedir. Üstəlik, orada mina təmizləmə işləri aparılır. Hələ ki, işlər tam yekunlaşmayıb, hətta yekunlaşmış olsa belə, təsadüfi qəzaların baş verməsi mümkündür. Ona görə müəyyən məhdudiyyətlərin olmasını anlayışla qarşılamaq lazımdır. Əsas odur ki, orada boş dayanmırlar, xeyli çalışmalar gedir, hərbi birliklərimiz yerləşdirilir, dəmir yolu xətti çəkilir, Zəngəzur dəhlizinə yönəlik fəaliyyətlər davam edir.

Ona görə mən hər hansı şəkildə geniş bir açılım olmasını da gözləmirəm. Yəqin ki, yaxın vaxtlarda bu olacaq və hesab edirəm ki, buna görə narahatlığa  dəyməz. Ən azından bu istiqamətdə işlər gedir. Məhdudiyyətləri cəmiyyət anlayışla qarşılamalıdır”.

Editor

Related Posts