Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ağasaleh Nuriyev vəfat etdi

Ağasaleh Nuriyev vəfat etdi

Bu gün Əməkdar rəssam Ağasaleh Nuriyev dünyasını dəyişib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

O, 83 yaşında vəfat edib.

Qeyd edək ki, A. Nuriyev 28 mart 1940-cı ildə Bakıda anadan olub. Əsərləri respublikamızla yanaşı Rusiya, Almaniya və Türkiyədə sərgilərdə nümayiş olunub. Rəssamın yaradıcılığında vitrajlar xüsusi yer tutur. A. Nuriyev 2006-cı ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb. “Nurlu sənət dünyası” adlı sonuncu fərdi sərgisi 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində keçirilib.

Allah rəhmət eləsin!

Editor

Related Posts