Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Şəhər İcra Hakimiyyətində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Naxçıvan Şəhər İcra Hakimiyyətində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Naxçıvan Şəhər İcra Hakimiyyətində Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və Vətən müharibəsi qazilərinin iştirak etdiyi tədbirdə şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov bildirib ki, erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü siyasətinin növbəti qanlı səhifəsi olan Xocalı soyqırımı bəşər tarixində misli görülməmiş dəhşətləri ilə yaddaqalan soyqırımlarla eyni sırada dayanır.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Aidə Allahverdiyeva və Asim Əliyev bildiriblər ki, rəşadətli Azərbaycan Ordusu bu faciədən 28 il sonra ermənilərin vəhşiliklərini cavabsız qoymadı. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə başlayan zəfər yürüşü 44 gün sonra qalibiyyətlə başa çatdı. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu mənfur düşməni darmadağın edərək bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi, işğal altında qalan torpaqlarımız azad edildi, Xocalının qisası alındı.

admin

Related Posts