Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Türkiyədəki zəlzələdən sonra yata bilmirəm”-Məleykə Əsədova

“Türkiyədəki zəlzələdən sonra yata bilmirəm”-Məleykə Əsədova

“Psixoloqa müraciət edəcəm. Türkiyədəki zəlzələdən sonra yata bilmirəm. Çox emosional adamam. Obrazlarımı niyə sevirlər? Çünki özümünküləşdirib, neçə insan taleyi yaşayıram. Ona görə də özümə gələ bilmirəm. Bu, böyük faciədir, dünyanın fəlakətidir”.

Bu sözləri “Xəbər-ətər” verilişində Xalq artisti Məleykə Əsədova deyib. Aktrisa qardaş ölkədə baş verənlərdən danışaraq göz yaşlarını saxlaya bilməyib:

“Çox əhvalatlar eşidirik. Canlı canlıdır, fərqi yoxdur. Dünyasını dəyişənlərə Allah rəhmət etsin. Dörd azərbaycanlı tələbə üçün hər gün dua edirdim. Allaha yalvarırdım ki, sağ olsunlar. Deyirdim ki, kaş sağ tapılardılar. Görürsüz ki, neçə-neçə insan sağ çıxdı. Tanrı insanlara göstərir ki, dünya mənimdir, istəsəm, bir saniyədə yox edərəm.

Uşaqlar var idi ki, dedilər bizə orada yemək veriblər. Bu, bir möcüzədir. Onu orada mələklər yedizdirib. Biri deyir ki, iki dəfə öldüm, məni dindirdilər. Digəri deyir ki, anasının ruhu gəlib. Mən ruhlara öz anamdan inanıram. İnsanlar həyata bağlansınlar, bir-birilərini incitməsinlər, sevsinlər. Ana övladını qoyub getməsin. Bir-birinizə sevgi göstərin. Hamımız gedəcəyik. Amma necə? Bir saniyədə bir ailə yox ola bilir”.

admin

Related Posts