Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində keçirilən iclasda nazir Tapdıq Əliyev bildirib ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə İqtisadiyyat Nazirliyinə payız-qış aylarında dayanıqlı ərzaq təminatının həyata keçirilməsi üçün tədbirlər görməsi, tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükü və xüsusi texnoloji rejimdə saxlanması, mövsüm ərzində bazarın tənzimlənməsi və qiymətlərə nəzarət olunması tapşırıqları verilib.

İclasda Tapdıq Əliyev dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına bu gün muxtar respublikada ümumi tutumu 21min 910 ton olan 49 soyuducu anbar yaradıldiğını bildirib. Qeyd olunub ki, cari ilin ötən dövrü ərzində ümumi tutumu 410 ton olan 2 soyuducu anbarın yaradılması başa çatdırılıb, ümumi tutumu 870 ton olan 3 soyuducu anbarın yaradılması davam etdirilib. Mövsümə hazırlıqla əlaqədar sоyuducu anbarların və istiхana kоmplekslərinin sahibkarları arasında meyvə-tərəvəz məhsullarının tədarük оlunması istiqamətində maarifləndirmə işləri aparılıb, istehsalçı və tədarükçü sahibkarların fəaliyyətinin əlaqələndirilməsi təmin edilib. Tədarük dövrü başlayandan bugünədək soyuducu anbarlara 8320 ton kartof, 685 ton soğan, 27 ton alma, 30 ton üzüm olmaqla 9062 ton məhsul tədarük olunub. Hazırda tədarük davam etdirilir.

Qeyd edilib ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyası tərəfindən sоyuducu anbarlara tədarük olunan və istixana komplekslərində yetişdirilən məhsullardan 53 halda orta nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilib. 416 halda səyyar laboratoriya yoxlamaları aparılıb və normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.

“Əhalinin qış aylarında tərəvəz məhsulları ilə təmin olunması üçün muxtar respublikada 149 min 515 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 39 istixana təsərrüfatı fəaliyyət göstərir”, – deyən nazir diqqətə çatdırıb ki, cari ilin ötən dövrü ərzində özəl investisiya hesabına ümumi sahəsi 4235 kvadratmetr olan 4 istixana təsərrüfatının yaradılması, 4 istixana təsərrüfatının sahəsinin 4650 kvadratmetr genişləndirilməsi başa çatdırılıb. Ötən müddət ərzində istixana komplekslərində 764 ton tərəvəz məhsulları istehsal edilərək satışı həyata keçirilib.

Payız-qış mövsümünə hazırlıqla bağlı görüləcək işləri diqqətə çatdıran Tapdıq Əliyev müvafiq tapşırıqlar verib.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

admin

Related Posts