Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ombudsman Günay Rzayeva məhkum qadınlarla görüşüb

Ombudsman Günay Rzayeva məhkum qadınlarla görüşüb

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, martın 7-də Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Qadınlar bölməsində cəza çəkən məhkum qadınlarla görüşüb.

Görüş zamanı Müvəkkilin əsas vəzifəsinin insanlara keyfiyyətli hüquqi yardım göstərməkdən ibarət olduğunu diqqətə çatdıran Ombudsman Günay Rzayeva cəmiyyətin həssas qrupu olan qadın məhkumların hüquqlarının təmin olunması, onların islahı və hüquqi maariflənməsi sahəsində təsisat tərəfindən görülən işlər haqqında məlumat verib.
Ombudsman qadın məhkumları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Görüşdə qadın məhkumları maraqlandıran suallar cavablandırılıb.

admin

Related Posts