Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Dilarə Anarla aralarındakı “buzları əritdi”

Dilarə Anarla aralarındakı “buzları əritdi”

Müğənni Dilarə Kazımova stilist Anar Ağakişiyevlə aralarındakı “buzları əridib”.

Birinci 24 xəbər verir ki, sənətçi barışıq əlini uzadaraq, Anarı sosial mediada izləməyə alıb. Həmçinin, o, stilistin paylaşımına şərh də bildirib.

“Hər zamankı kimi supersən”, – deyə, Kazımova qeyd edib.

Xatırladaq ki, Anar açıqlamasında Dilarə ilə münasibətinin olmadığını, hətta salamlaşmadığını demişdi. Stilistin sənətçi haqda dediyi “Tək uğurlu layihəsi “Harem”dir” iradından sonra vəziyyət daha da gərginləşmişdi.

Daha sonra D. Kazımova açıqlama verərək, “Bilmirəm, Anarın mənimlə münasibəti hansı səbəbdən yoxdur. Bu, onun seçimidir, mənə salam versə də, verməsə də, sağ olsun”, – deyə, söyləmişdi.

Məlumat üçün onu da bildirək ki, Ağakişiyev Dilarəni sosial mediada izləmir.

admin

Related Posts