Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İctimai fəal Bəxtiyar Hacıyev: 50 cavan igidimiz bir gecədə şəhid oldu, məsuliyyətini üzərinə götürən yoxdur

İctimai fəal Bəxtiyar Hacıyev: 50 cavan igidimiz bir gecədə şəhid oldu, məsuliyyətini üzərinə götürən yoxdur

İctimai fəal Bəxtiyar Hacıyev yazır: “50 cavan igidimiz bir gecədə şəhid oldu, məsuliyyətini üzərinə götürən yoxdur. Halbuki, qələbənin sahibi olmaq uğrunda dava gedirdi.

Hələ bu proses nə qədər davam edəcək, niyə baş verdi, nə oldu, insanlar suallarına cavab axtarırlar, cavab verən yox. Halbuki, tərif demək gələndə sırada birinci olmaq üçün bir-birini itələyirdilər.

Qazilərimiz özlərini yandırırlar, hamısı da məmurların etinasızlığına etiraz etdiklərini, dinlənilmədiklərini deyirlər, səsi çıxan yox.

Şəhid anaları artıq balalarının torpağı qurumamış məzarları başında qışqıra-qışqıra Ali Baş Komandana yaltaqlanmaq üçün mədhiyyələr deyənlərə etirazlarını bildirirlər. Niyə kasıbların balalarının şəhid olduqlarını, niyə şəhid ailələrinə illərdir gəlmədiklərini soruşurlar, səsi çıxan yox.

DİN rəhbəri və generallarının ard-arda yalan danışaraq qoruduqları ləyaqətsizin biri şəhid analarını ən ağır söyüşlə təhqir edir, nə məsuliyyətə cəlb olunur, nə sahibi ortaya çıxıb xalqdan üzr istəmir.

Amma sosial şəbəkələrdə bir gecədə 50 şəhid verməyimizin hesabını soruşanları Baş Prokurorluq söhbət xırdalamağa çağırır.

Sanki hər şeyi edirlər ki, xalqın səbr kasası daşsın, “yetər daha belə yaşamaq, qorxa-qorxa bütün bu iyrənclikləri görərək yaşamaqdansa, ölüm bahasına da olsa, azad olarıq” desin.

Gedin, tərbiyəsizlərinizə, yaltaqlarınıza sahib çıxın, xalqa cavab verin, insanları fikirlərini ifadə etdiklərinə görə çağırıb hədələməyin!”

Editor

Related Posts