Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Naxçıvandadır

Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Naxçıvandadır

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına təhsil müəsissələrinin fəaliyyəti ilə tanış olmaq məqsədilə səfər edib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən Birinci 24 informasiya Agentliyinə bildirilib. Səfər çərçivəsində qonaqlar Naxçıvan şəhər Kimya Biologiya Təmayüllü Liseydə Naxçıvanın təhsil naziri Rəhman Məmmədovla görüşüblər.

Nümayəndə heyəti sonra Naxçıvan şəhər Kimya Biologiya Təmayüllü Liseyi, Naxçıvan şəhər Şahmat Mərkəzi, STEAM Təlim-Tədris Mərkəzi ilə tanış olublar.

Qeyd edək ki, səfər çərçivəsində qonaqların Naxçıvanın bir sıra ümumi təhsil müəssisələri ilə tanışlığı davam etdiriləcək.

admin

Related Posts