Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Heydər Əliyev İli” çərçivəsində innovativ sərgi təşkil olunub

“Heydər Əliyev İli” çərçivəsində innovativ sərgi təşkil olunub

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində innovativ sərgi təşkil olunub.

Sərgidə 150 dərnək üzvünün 505 rəsm və əl işi nümayiş etdirilib. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən “Bədii tikmə”, “Dulusçuluq”, “Xalçaçılıq”, “Ağac üzərində oyma”, “Ağac üzərində yandırma”, “Metal üzərində bədii döymə”, “Bacarıqlı əllər”, “Keçə işləmə sənəti”, “Şüşə üzərində bədii işləmə sənəti”, “Ebru sənəti”, “Bijüteriya”, “Rəsm”, “Bədii dəri işləmə sənəti” və digər dərnəklərin üzvlərinin əl işləri və rəsmləri ideya və işləmə üslubu baxımından diqqəti cəlb edib.

Qeyd edək ki, 2019-cu ildə “İnnovativ dərnəklər” layihəsi əsasında Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 14 adda yeni innovativ dərnəklər yaradılıb. Hazırda innovativ dərnəklərin sayı 22-yə çatdırılıb. Uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin və istedadlarının üzə çıxarılması üçün dərnəklər lazımi avadanlıqlarla təmin edilib və nümunəvi tədris şəraiti yaradılıb.

admin

Related Posts