Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyədə zəlzələdə ölənlərin sayı 48 min 448-ə çatdı…

Türkiyədə zəlzələdə ölənlərin sayı 48 min 448-ə çatdı…

Türkiyənin daxili işlər naziri Süleyman Soylu, zəlzələlərdə can itkisinin artdığını açıqlayıb.

Birinci 24 xəbər verir ki, o, itkilərin 48 min 448-ə çatdığını bildirib.

S. Soylu ölənlərin 6660-nın xarici ölkə vətəndaşı olduğunu deyib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.

Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.

Eyni gün Qaziantep vilayətində də 6,4 və 6,5 bal gücündə iki zəlzələ baş verib.

Zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay vilayətlərində ciddi dağıntılara səbəb olub. Hələ də dağıntılar altında xeyli sayda insanın olduğu güman edilir.

Axtarış-xilasetmə işləri və dünyasını dəyişənlərin meyitlərinin dağıntılar altından çıxarılması prosesi davam edir.

Editor

Related Posts