Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Beyləqanda şəhid Mirtalıb Ağazadə ilə vida mərasimi keçirilib

Beyləqanda şəhid Mirtalıb Ağazadə ilə vida mərasimi keçirilib

Dövlət sərhəddində düşmən təxribatının qarşısını alarkən şəhid olan Ağazadə Mirtalıb Heydər oğlu Beyləqan şəhidlər xiyabanında dəfn edilib.

Ermənistan hərbi birləşmələrinin Azərbaycan dövlət sərhəddində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Müddətdən Artıq Həqiqi Hərbi Xidmətçi Ağazadə Mirtalıb Heydər oğlunun nəşi bu gün doğma kəndinə gətirilib. Şəhidin böyüyüb boya başa çatdığı evdə vida mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin hərbçi yoldaşları, veteran və qazilər iştirak ediblər.

Qeyd edək ki, Ağazadə Mirtalıb Heydər oğlu 1994-ci il yanvarın 16-da Beyləqan rayonu İkinci Aşıqlı kəndində dünyaya göz açıb. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilib. Ötən il könüllü olaraq ordu sıralarına qoşularaq müddətdən artıq hərbi qulluqçu kimi Vətən keşiyində dayanıb.

Editor

Related Posts