Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Barışmayacağam, heç birini görmək istəmirəm” – Yaşar Cəlilov

“Barışmayacağam, heç birini görmək istəmirəm” – Yaşar Cəlilov

Bu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunur. Bu bayram axşamında kimisi papaq atacaq, kimisi tonqaldan atlanacaq, kimisi də küsülü olduqları kəslərlə barışacaq.

Bəs digər şou-biznes nümayəndələrindən başqa, müğənni Yaşar Cəlilov küsülü olduğu həmkarları ilə barışacaqmı?

O, papaq atmayacağını, küsülü olduğu insanlarla barışmayacağını bildirib:

“Bu gün yaxın dostumun toyunda iştirak edəcəyəm, tonqal qalamayacağam. Ətrafımda tonqal qalamaq istəyən adam da yoxdur ki, biz də üstündən atlanaq. Bayram axşamını isə ailəmlə, yaxınlarımla keçirəcəyəm. Uzun illərdir papaq atmıram. Ancaq qapımıza atılan papaqları boş qaytarmayacağıq.

Şou-biznesdə və ətrafımda küsülü olduğum şəxslər çoxdur. Heç biri ilə barışmağı düşünmürəm. Barışmayacağam. Heç birini həyatımda görmək istəmirəm. Barışmaq niyyətində olanlar da əziyyət çəkməsinlər. Belə hava mənə xoşdur. Hər kəsin bayramını təbrik edirəm”.

Editor

Related Posts